Heydər Əliyevin anım günü

Bu gün ümummilli liderin anım günüdür

75
(Yenilənib 12:02 12.12.2016)
Heydər Əliyevin vəfatından 13 il keçir

BAKI, 12 dek-Sputnik. Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir. Sputnik xəbər verir ki, dövlət qurumlarının, siyasi partiya və ictimai birliklərin, təhsil və səhiyyə orqanlarının nümayəndələri, həmçinin Heydər Əliyevin xatirəsini əziz tutan insanlar onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər. Eyni zamanda ölkənin müxtəlif yerlərində və xarici ölkələrdə onun anım günü münasibətilə müxtəlif mərasimlər təşkil edilir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

75
Teqlər:
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi, ümummilli lider, SSRİ, 20 Yanvar, Heydər Əliyev, Bakı
Əlaqədar
Heydər Əliyev 47 il əvvəl
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid öldü
Heydər Əliyev ilk dəfə seçkilərdə səs verib
Əli Həsənov: Heydər Əliyev gəncliyimizi məhv olmaq təhlükəsindən xilas etdi
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

2
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

2
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

5
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

5
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev