Dünyanın ən güclü və sürətli "Cip"i nümayiş etdirildi

© AFP 2023 / TOSHIFUMI KITAMURAToyota Land Cruiser
Toyota Land Cruiser - Sputnik Azərbaycan
Abunə olmaq
Toyota dünyanın ən güclü və sürətli "Cip"ini istehsal edib

BAKI, 10 dek-Sputnik. Yaponiyanın Toyota şirkəti yeni yolsuzluq avtomobilləri olan Toyota Land Cruiser Speed Cruiser markalı avtomobilini Las-Veqasdakı avtomobil sərgisində rəsmən nümayiş etirilib. 

Toyota-nın nümayəndələri bəyan ediblər ki, yeni avtomobil dünyanın ən güclü və sürətli yolsuzluq avtomobilidir.

Həcmi 5,7, mühərriki V8 olan yeni avtomobil 2000 at gücünə malikdir.

Modelin təkmilləşdiricilərinin sözlərinə görə, mühərrikin gücünü ona birləşdirilmiş 2 x turbokompressor Garrett-in hesabına artırmaq mümkün olub.

Qeyd etmək lazımdır ki, həmin aqreqatın köməyi ilə avtomobilin sürətini saatda 354 km/saata qədər artırmaq mümkün olub. Avtomobil cəmi bir neçə saniyəyə 100 km/saata qədər sürət yığır.

Bir çox avtomobil ekspertləri təqdimatdan sonra bildiriblər ki, təkmilləşdiricilər bu nəqliyyat vasitəsinin tormoz sistemi üzərində az işləməyiblər. Çünki adi tormozlar elə güclü motorun öhdəsindən gələ bilməzdilər.

Əlavə edək ki, hazırda ən sürətli yolsuzluq avtomobili Bentley Bentayga hesab olunurdu. İri qabariti hesabına onun maksimal sürəti 301 km/saatdır.

Xəbər lenti
0