Yeni doğulmuş körpə, arxiv şəkli

Son beş ildə Azərbaycanda uşaqlara ən çox bu adlar verilib

449
Ədliyyə Nazirliyi bu ilin 11 ayı ərzində uşaqlara ən çox qoyulan adları açıqlayıb

BAKI, 10 dek-Sputnik. Ədliyyə Nazirliyi bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.

Sputnik-in məlumatına görə, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.

Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn(13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.

Qeyd edək ki, Azərbaycanda uşaqlara qoyulan bu adların böyük əksəriyyəti ərəb mənşəlidir, xüsusilə də İslam dinində müqəddəs sayılan insanların adlarıdır.

449
Əlaqədar
Azərbaycanlıların ən çox qoyduqları adlar qadağan olunur
Bundan sonra uşaqlara milli adlar qoymalı olacaqsız
Nazirlər Kabineti: Daha uşaqlara gülməli adlar qoymurlar

Tərtər rayonu yenə atəşə tutulub

0
ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub

31
(Yenilənib 08:24 26.10.2020)
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.