Vətəndaşlara xəbərdarlıq edildi: qarşıdakı 2 gün ərzində ehtiyatlı olun!

© Sputnik / Murad OrujovQarlı hava
Qarlı hava - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü şimal-qərb küləyinin əsəcəyi, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.

BAKI, 7 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək.

Qaxda qar - Sputnik Azərbaycan
Hava yenidən dəyişir: qar yağacaq, covğun olacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə və gündüz 0-2 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 08-də hava bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Nazirlik xəbərdarlıq da edir: Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın minimal temperaturu 0-3 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti
0