Heydər Əliyev Beynəlxalq Hava Limanı

Aeroport yolu bağlanır

124
Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq

BAKI, 7 dek — Sputnik. Bakıda daha bir yol müvəqqəti olaraq bağlanacaq. Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

"Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq 8 dekabr 2016-cı il tarixindən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2-si hərəkət üçün qısa müddətlik bağlanacaq", — o bildirib.

Qeyd edək ki, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

124
Teqlər:
bağlama, hərəkət, zolaq, avtomobil, hava limanı, "Azəravtoyol", yol
Əlaqədar
Yol polisi sərnişinlərə qarşı da reydlərə başlayıb
Yol qəzalarına qarşı profilaktik tədbirlər müzakirə olunacaq
Əhaliyə xəbərdarlıq edildi: yollar buz bağlayacaq
Sərxoş sürücülər ucbatından 30 yol qəzası baş verib
Yol polisindən valideynlərə çağirış