Новая ветка Бакинского метрополитена

Metronun "Cəfər Cabbarlı" stansiyası bağlanacaq

66
07 dekabr 2016-cı il tarixindən etibarən "Cəfər Cabbarlı" stansiyası bağlanacaq.

BAKI, 6 dek-Sputnik. 07 dekabr 2016-cı il tarixindən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

"Bakı Metropoliten" QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

"Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.

Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

66
Teqlər:
Xətai, 28 may stansiyası, Cəfər Cabbarlı, Bakı Metropoliteni
Əlaqədar
Bakıda beşmərtəbəli metro olacaq
Bakıda metro tikintisində yanğın baş verib
Statistika Komitəsi metro istifadəçilərinin statistikasını açıqladı