Tənha uşaq. Arxiv şəkli

İmmunitetin üç düşməni

168
Bəzi əhəmiyyət vermədiyimiz faktorlar immun sisteminə çox ciddi zərbə vurur

BAKI, 5 dek — Sputnik. İmmun sisteminin yüksək səviyyədə olması insanın sağlamlığı üçün ən önəmli şərtlərdəndir. Bu səbəbdən immun sistemini daim yüksək səviyyədə saxlamaq çox vacibdir. Sputnik bu barədə Saglamolun.az-a istinadən məlumat verir.
Maraqlıdır ki, bəzi əhəmiyyət vermədiyimiz faktorlar immun sisteminə çox ciddi zərbə vurur. Bu faktorları bilmək və onları həyatımızdan kənarlaşdırmaq olduqca vacibdir.

1. Təklik. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, yalnız, qapalı, digər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən insanlarda bütün immun sistemi göstəriciləri aşağı səviyyədə olur. Alimlər bunu bu insanın qanında stress hormonlarının səviyyəsinin yüksək olması ilə əlaqələndirir. Stress hormonlarının yüksək səviyyədə olması immuniteti zəiflədir.
Psixoloqlar insanlara çətin, stress vəsiyyətinə düşdükdə, öz problemlərini yaxınlar, ailəsi ilə paylaşmağı tövsiyə edir. Ünsiyyət qanda stress hormonlarının azalmasına kömək edir.

Müasir gənclər
© Sputnik / Aleksandr Kryazhev
Beləliklə, ünsiyyət tək insanın sosiallaşmasında deyil, sağlamlığında da əhəmiyyətli rol oynayır.

2. Yuxunun az olması. İnsanın immun sistemi, bütün digər sistemlər kimi yuxu zamanı bərpa olunur. Yuxunun az olması, yuxusuzluq bu prosesi pozur ki, immunitet bərpa olunmağa çatdırmır. Alimlərin fikirinə görə, 6-8 saat gecə yuxusu insan sağlamlığında və o cümlədən immun sisteminin normal fəaliyyətində çox böyük rol oynayır.

3. Şəkər, şirniyyatlar. Müxtəlif ölkələrdə aparılmış eksperimentlər göstərib ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neçə saat keçdikdən sonra immun sisteminin səviyyəsi aşağı olur. Şəkər dedikdə müxtəlif şirniyyatlar, şəkərlə zəngin qazlı içkilər (kola, fanta və s.) və s. nəzərdə tutulur.
Məhz bu səbəbdən həkimlər infeksion xəstəliklər zamanı, xüsusilə ilk 2-3 gün ərzində, şirniyyatlardan imtina etməyi tövsiyə edirlər.

168
Teqlər:
fanta, kola, şəkər, immun sistemi, immunitet
Əlaqədar
Tənha qadın
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
Ölkəyə gətirilən meyvədə xəstəlik aşkarlandı
Xəstəlik tapmadan və əziyyət çəkmədən arıqlamaq istəyənlər üçün ideal resept
Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

2
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

2

Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO

6
(Yenilənib 17:40 20.01.2021)
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur. Minlərlə insan 1990-cı ilin yanvarın 20-də Bakıda baş verən faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.

Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

6
  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.