Avro-2016 futbol turnirinin rəsmi topu

Məşhur futbolçu tanınmış məşqçini yerdən yerə vurdu

48
(Yenilənib 21:09 05.12.2016)
Futbolçu: O xəbəri eşidəndə təəccübləndim. Həqiqətən çox pis məşqçidir. Hərəkətləri, saqqız çeynəməyi və s. heç xoşuma gəlmirdi.

BAKI, 5 dek — Sputnik. Vaxtilə Qalatasaray, daha sonra ardıcıl olaraq İnter, New Castle United və Fənərbaxça formasını geyən, indi isə Türkiyənin Başakşehir futbol klubunda top qovan ulduz futbolçu Emre Belözoğlu, karyerası ərzində birgə çalışdığı ən pis baş məşqçinin adını açıqlayıb.

Türk futbolçu, Newcastle United-də oynadığı dövrdə birgə çalışdığı baş məşqçi Sam Allardis-i həm ən zəif, həm də ən bərbad məşqçi adlandırıb.
Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Emre Belözoğlu bu barədə İngiltərənin "FourFourTwo" jurnalına müsahibəsi zamanı açıqlama verib.

Jurnalistin "vaxtilə birlikdə çalışdığın Sam Allardyce indi İngiltərə Milli komandasına məşqçi təyin edilib. Buna münasibətin nədir" sualını belə cavablandırıb:

"O xəbəri eşidəndə təəccübləndim. Həqiqətən çox pis məşqçidir. Hərəkətləri, saqqız çeynəməyi və s. heç xoşuma gəlmirdi. Mənim gizli-örtülü bir şeyim yox idi, amma onun həmişə kompleksləri vardı. Təbii ki, bir də tez-tez tapdaladığı iri saqqızı".

48
Teqlər:
məşqçi, futbol, İngiltərə, Sam Allardyce, New Castle United, Fənərbaxça, Qalatasaray, Emre Belözoğlu
Əlaqədar
Bu transfer futbol azarkeşlərini heyrətə salacaq
"Azərbaycanda futbol yox dərəcəsindədir"
Peşəkar Futbol Liqası Cavid Hüseynova "yaşıl işıq" yandırdı
Futbol üzrə növbəti dünya çempionatı Avrasiyada olmayacaq
Futbol üzrə dünya çempionatının seçmə görüşləri keçirilib