Əli qandallı adam, arxiv şəkli

Tutulan İran casuslarının üzərindən İsrailin Bakıdakı səfirliyinin şəkilləri çıxdı

332
(Yenilənib 18:52 02.12.2016)
Səfirliyinin binasını lentə alan iki İran vətəndaşı, terror şübhəsi ilə həbs olunub

BAKI, 2 dek — Sputnik. Keniyanın paytaxtı Nairobidə İsrail səfirliyinin binasını lentə alan iki İran vətəndaşı, terror şübhəsi ilə həbs olunub. Həmin şəxslərdən başqa, onları şəhərdə gəzdirən keniyalı sürücü də məhkəmənin qərarı ilə tutulub.

Sputnik Associated Press-ə istinadən xəbər verir ki, iranlıların üzərindən, Azərbaycanın paytaxtında fəaliyyət göstərən İsrail səfirliyinin də fotosu aşkar edilib. İranlı agentlər Sayed Ebrahimi və Gholam Safafenin çantasında Tailand və Hindistandakı İsrail səfirliklərinin də binasını əks etdirən şəkillər tapılıb.

332
Teqlər:
Nairobi, casus, Keniya, İsrail, Bakı, paytaxt, Azərbaycan, terror, səfirlik
Əlaqədar
Casus printerlər evlərinizdə və iş yerlərinizdə dolaşır
Estoniya vətəndaşı casusluqda ittiham olunaraq həbs edilib
İsrailin xeyrinə artıq heyvanlar da casusluq edirlər
Fətullahçı prokurorlar Almaniyaya casusluq etməyə razı oldular
Ölümün gözünə dik baxan casus