CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə iki uşaq anası olan gənc qadın faciəli şəkildə həyatını itirib

© AFP 2023 / SANJAY KANOJIAЖенский труп в морге. Архивное фото
Женский труп в морге. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qaynanası onu huşsuz vəziyyətdə vanna otağında tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 noy- Sputnik. Şəki-Balakən bölgəsində son aylarda qazla ehtiyatsız davranma ucbatından xeyli insan zərər çəkib. Bu gün isə qazdan istifadə faciə ilə nəticələnib. Belə ki, Şəki şəhərində 29 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Şəki rayon Mərkəzi Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, bu gün xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bir qadının dəm qazından boğulduğu ehtimalı ilə müraciət daxil olub. Çağırışa gedən Təcili Tibbi Yardım xidmətinin əməkdaşları huşsuz vəziyyətdə vanna otağında tapılan qadını müayinə ediblər. Məlum olub ki, qadın dəm qazından boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Şəki şəhəri, Səlahəddin Kazımov küçəsi, ev 12 ünvanında baş verib.
1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib.

İki uşaq anası olan Arzu Əliməmmədovanın hamam otağında paltar yuyarkən dəm qazından zəhərləndiyi məlum olub.

Xəbər lenti
0