Эмблема IV Исламских игр солидарности в Баку

İslam Oyunlarına xərclənəcək vəsaitlərin məbləği açıqlandı

207
(Yenilənib 12:01 26.11.2016)
Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə hər iki beynəlxalq idman yarışına xərclənəcək vəsaitin rəsmi miqdarını qeyd edib.

BAKI, 25 noy-Sputnik. Gələn il İslam oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnəcək vəsaitlərin məbləği açıqlanıb.

Sputnik-in məlumatına görə, Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə hər iki beynəlxalq idman yarışına xərclənəcək vəsaitin rəsmi miqdarını qeyd edib.

"İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər" adı altında qeyd olunan bölmədə İslam Oyunlarının maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan həm IV İslam Həmrəyliyi Oyunlarına, həm də Formula-1 Avropa Qran-prisinə ev sahibliyi edəcək. Formula-1 Avropa Qran-prisi ilk dəfə Bakıda 2016-cı ildə keçirilib. Bakı İslam Oyunlarına ilk dəfə ev sahibliyi edəcək. 

207
Teqlər:
İslam Oyunları, Formula-1, Azərbaycan IV İslam Həmrəyliyi Oyunları
Əlaqədar
Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
İslam Oyunlarında zorxana idmanı üzrə yarışlar da olacaq
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

85
(Yenilənib 19:52 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

85
Ağdamda mina sahəsi

Açıqlandı: 220 hektar ərazi minadan təmizlənib

9
(Yenilənib 19:39 26.07.2021)
İyulun 19-dan 24-dək aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, iyulun 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilir ki, bu müddət ərzində 220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

9