BAKI, 24 noy — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan Sputnik-ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlayıb və 1,7196 məzənnəsi ilə yekunlaşıb.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Dünən Füzuli rayonu ərazisində minaya düşən Azərbaycan Ordusunun 20 yaşlı əsgəri Rəşad Fərzəli oğlu Cavadov bu gün doğulduğu Qusar rayonunun Hil kəndində dəfn edilib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhid əsgər 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. O, bir il üç ay hərbi xidmətdə olub.
Rəşad Cavadov ailənin 6 övladından biri idi. Onun özündən başqa 4 qardaşı və 1 bacısı var.
Nur içində uyusun!
BAKI, 22 yanvar — Sputnik. "Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlanıb və qarşıdakı iki həftə ərzində tibb işçilərimizin peyvənd olunması prosesi başa çatacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək. İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayında azalmaya nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir".