İpək üstündə Quran

Azərbaycanlı rəssam ipəkdən olan ilk "Qurani-Kərim" hazırlayıb

280
Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb

BAKI, 23 noy — Sputnik. Dünyada ipəkdən olan ilk "Qurani-Kərim"i azərbaycanlı rəssam Tünzalə Məmmədzadə hazırlayıb. Hazırda Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb.

"Quran-i Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm-dir. Kitabın hazırlanmasında 50 metr parça, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Sputnik TRT-yə istinadən xəbər verir ki, rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib: "Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Mərmərə Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm".

Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb
© Foto : trthaber.com
Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb

"Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Daha əvvəllər ipəkdən "Qurani-Kərim" hazırlanmadığını öyrəndim. Bu günə qədər müxtəlif materiallar üzərində "Quran" yazılıb. Mən də səhifələrinin hamısı ipəkdən ibarət olan ilk Qurani-Kərimi hazırladım. Çünki ipək "Quran"da adı keçən bir parçadır. 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da "Qurani-Kərim" oldu".

280
Teqlər:
Tünzalə Məmmədzadə, "Quran", "Qurani-Kərim", ipək, kitab
Əlaqədar
"Quran" kursuna gedən 6 azyaşlı uşaq mədrəsədə yanaraq ölüb
Quran kitablarını su kanalına atdılar
Almaniyada "Quran"ı cırdılar, miqrantlar ayağa qalxdı
Moskvada "Quran" festivalı keçiriləcək