Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib

Sərt qış gəlir: təcili tədbirlərə başlanıldı

66
Paytaxtın küçələrinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib

BAKI, 22 noy — Sputnik. Qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizm hazır vəziyyətə gətirilib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizm saz vəziyyətə gətirilib.

Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanıb. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir. Bunun üçün 2 min ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2 min ton duzun alınması nəzərdə tutulub.

Cəmiyyətin tabeliyində olan MMC-lər tərəfindən də tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb.

  • Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    © Photo : azeravtoyol.gov.az
  • Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    © Photo : azeravtoyol.gov.az
  • Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    © Photo : azeravtoyol.gov.az
  • Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib
    © Photo : azeravtoyol.gov.az
1 / 4
© Photo : azeravtoyol.gov.az
Qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd maşın və mexanizm saz vəziyyətə gətirilib

Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanları aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.

66
Teqlər:
avtomobil yolları, qış, hazırlıq, "Azəravtoyol", yol, prospekt, küçə
Əlaqədar
Kəndlinin qış ehtiyatı məhv oldu
Bu qış qazın qiymətinin qalxması nə dərəcədə realdır?
"Qışda əhalinin işıq problemi olmayacaq"
Qış qayıdır: sulu qar yağacaq
Sabah baharı qış əvəz edəcək
Sabahdan məktəblərdə qış tətili başlayır

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7