Kurtlar Vadisi serialından kadr

"Kurtlar Vadisi"nin üzünə bütün qapılar bağlanıb

113
Serialın yayımlanmaq üçün kanal tapa bilmədiyi deyilir

BAKI, 18 noy — Sputnik. Türkiyədə çəkilən və dünyanın bir çox ölkəsində ciddi tamaşaçı kütləsi qazanan məşhur "Kurtlar Vadisi Pusu" teleserialının çəkilişlərinə son verildiyi bildirilir. Sputnik Haberler-ə istindən xəbər verir ki, buna səbəb serialın çəkiliş xərclərinin çox olmasıdır.

Həmçinin, sözügedən serialın yayımlanmaq üçün kanal tapa bilmədiyi də deyilir. Bir müddət öncə "Kanal 360"da yayımlanacağı deyilən serialın xərcinin çox olması səbəbilə müqavilənin ləğv edildiyi qeyd olunub.

113
Teqlər:
"Kurtlar Vadisi Pusu", tamaşaçı, serial, kanal, Türkiyə
Əlaqədar
"Kurtlar Vadisi Darbe" filminə görə cinayət işi açıldı
"Kurtlar Vadisi"ni "Kanal D"dən qovurlar
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1