Səyyar ASAN xidmət. Arxiv şəkli

Səyyar ASAN səfərə çıxır

20
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsinə nail olunmasıdır

BAKI, 7 noy — Sputnik. Səyyar ASAN xidmət 7 — 16 noyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7 — 21 noyabr Naftalanda, 7 noyabr — 6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Səyyar ASAN xidmət avtobusları 24 oktyabr — 7 noyabr Yardımlı və Neftçalada, 25 oktyabr — 8 noyabr Xırdalan və Kürdəmirdə, 24 oktyabr — 22 noyabr Qubada vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

20
Teqlər:
Qaradağ, Lökbatan, Naftalan, ASAN Xidmət, xidmət, ASAN, Səyyar ASAN
Əlaqədar
Səyyar ASAN bu rayonlara gedir
Səyyar ASAN Biləcəriyə gedir
Səyyar ASAN xidmət Salyan və Qobuda
Səyyar ASAN xidmət növbəti səfərinə çıxıb
ASAN xidmət sizə evinizdə xidmət edəcək
Səyyar ASAN Sulutəpədə olacaq

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

8
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

8
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

13
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

13