Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan jurnalistin sualına elə cavab verdi ki...

829
(Yenilənib 12:14 05.11.2016)
Ərdoğan: Oxuduqca, yaşadıqca və həyatı təcrübə etdikcə bir çox şeyin dəyişdiyini görürsünüz. Və bu dəyişiklik əsnasında siz olduğunuz yerdə qalsanız itirərsiniz.

BAKI, 4 noy – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsindəki özəl televiziya kanallarından birinə geniş müsahibə verib. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən məlumat verir. 

Jurnalistin “siz laiksiniz, islamçısınız yoxsa mühafizəkarsınız?” sualına prezidentin cavabı belə olub:

“Mən hər şeydən öncə müsəlmanam. Bu əsasdır. Qaldı ki, müsəlman Rəcəb Tayyib Ərdoğanın həyatında davamlı dəyişikliklər var. Oxuduqca, yaşadıqca və həyatı təcrübə etdikcə bir çox şeyin dəyişdiyini görürsünüz. Və bu dəyişiklik əsnasında siz olduğunuz yerdə qalsanız itirərsiniz. Bu səbəblə özünüzü inkişaf etdirməlisiniz. Biz də bunu bacardıq”.

Ərdoğan dünyəvilik və demokratiya ilə bağlı düşüncələrini də paylaşıb:

“Demokratiyanın tərifini yenidən etdik və dünyaya müsəlman necə siyasət edə bilər göstərdik. Laiqliyin də tərifini yenidən etdik. Bu anlayışın Türkiyədə yanlış anlaşıldığını söylədik. Laiqlik o deməkdir ki, dini və inancı nə olursa olsun hər anlayışdan insan öz əqidəsini yaşaya bilməlidir və bu əqidə dövlət tərəfindən zəmanət altına alınmalıdır. Mən siyasətə gəlidiyim gündən belə düşünürəm”. 

829
ABŞ əsgərləri, arxiv şəkli

Vaşinqtonun Moskva Pekindən qorxmasının səbəbi Çində müzakirə olunub

0
(Yenilənib 15:48 20.09.2021)
"Global Times" yazıb ki, ABŞ Rusiya və Çinin nüvə silahlarından qorxur, ona görə də müharibəyə başlamır.

BAKI, 20 sentyabr — Sputnik. ABŞ nüvə silahlarından qorxduğu üçün Rusiya və Çinlə hərbi toqquşmalardan uzaq durmağa çalışır. Bu barədə "Global Times" qəzetinin jurnalisti Hu Sitzin paylaşıb.

Məqalənin müəllifi bu yaxınlarda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Con Hayten və ABŞ-ın Sakit okean komandanlığının keçmiş rəhbəri Harri Harris tərəfindən verilən Moskva və Pekin ilə müharibə "bütün planet üçün ən dəhşətli günün" başlanmasına səbəb olacaq açıqlamalarına əsaslanaraq öz fikrini bildirib.

Jurnalist qeyd edib ki, bu cür yüksək bəyanatlar ölkələr arasındakı münasibətlərin gərginliyinin artması fonunda səslənir. Onun sözlərinə görə, cəbhə bölgəsindəki qoşunlar daha çox yaxınlaşır və buna görə də ABŞ təsadüfi toqquşma ehtimalından narahatdır.

Müşahidəçi Haytenin nüvə gücünə malik müharibənin təhlükəsi ilə bağlı söylədiklərinə xüsusi diqqət yetirib. "Başa düşürsünüz? Əslində ABŞ Çin və Rusiyanın nüvə silahlarından qorxur", - deyə Hu Sitzin fikrini yekunlaşdırıb.

Onun sözlərinə görə, güclər arasında hərbi münaqişələrin qarşısını almaq və yüz faiz təhlükəsizliyi təmin etmək üçün Vaşinqton təxribatlardan imtina etməlidir, xüsusən də söhbət Tayvanın muxtariyyətini dəstəkləməkdən və gəmiçiliyin azadlığı bəhanəsi ilə Cənubi Çin dənizində Amerika gəmilərinin mütəmadi olaraq patrul çəkməyindən gedir.

0
Azəri-Çıraq-Günəşli (AÇG), arxiv şəkli

Azərbaycan bu yataqdan dörd milyard barel neft hasil edib

3
(Yenilənib 15:22 20.09.2021)
Neft, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Qərb İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

BAKI, 20 sentyabr — Sputnik. Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – "SOCAR", "MOL", "İNPEX", "Equinor", "ExxonMobil", "TPAO", "ITOCHU", "ONGC Videsh Limited (OVL)" – adından qürurla bəyan edir ki, 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BP şirkətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib. Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir. Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 7 noyabr 1997-ci il tarixində Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynamaqdadır.

O bildirib ki, bu gün Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasının 27-ci ildönümünü qeyd edir. Bu, ölkənin yeni tarixində "Neftçilər Günü" kimi qeyd olunan əlamətdar bir gündür. 4 milyardıncı barel neftin hasil olunması isə AÇG-nin bu günə möhtəşəm hədiyyəsidir. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevirib. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləmək öhdəliyimizə sadiqiq və növbəti otuz ildə də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik.

AÇG haqqında əsas faktlar

İlkin olaraq AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.

2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.

AÇG yatağı həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə təxminən 50 milyard kubmetr səmt qazı təmin edib.

AÇG-də hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qaz kompressiya, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan Azəri Mərkəzi Şərqi (ACE) hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.

Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir.

3