Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda gənc qız "Mercedes” qaçırdı

© REUTERS / Eduardo Munoz"Mercedes" markalı avtomobil
Mercedes markalı avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

BAKI, 4 noy — Sputnik. Bakıda 19 yaşlı qız maşın qaçırıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

Daxil olmuş məlumata əsasən DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

Xəbər lenti
0