Abstrakt illüstrasiya

Ruhlar barədə həqiqət təsdiqini tapdı

6163
(Yenilənib 20:43 31.10.2016)
Onlar fövqəltəbii qüvvələrin iştirakı ilə qeyri-adi şeylər hiss ediblər.

BAKI, 31 okt-Sputnik. Mançester universitetindən olan Britaniya alimləri ruhlarla bağlı məsələni aydınlaşdırmaq üçün eksperimentlər keçiriblər. Onların əldə etdiyi nəticələr indiyə qədər dinlərin təlqin etdikləri ilə tamamilə əkslik təşkil edir.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, eksperimentin müəllifləri könüllülərdən ibarət iki qrup təşkil ediblər. Onlar bu adamları köhnə teatrda məskunlaşdırıblar. Qruplardan birinin iştirakçılarına deyiblər ki, əvvəllər bu binada ruhları görüblər. İkinci qrupa isə bildiriblər ki, bu binada bərpa işləri aparılır.

Bundan sonra könüllülər teatrda xeyli vaxt keçiriblər. Bir müddətdən sonra onlardan nə hiss etdiklərini soruşublar.

Birinci qrupun iştirakçılarından çoxu bildiriblər ki, fövqəltəbii qüvvələrin iştirakı ilə qeyri-adi şeylər hiss ediblər. İkinci qrupu üzvləri isə bildiriblər ki, onlar binada qəribə heç nə hiss etməyiblər.

Eksperiment iştirakçıları arasında keçirilən sorğu göstərib ki, insanların 38%-i müxtəlif paranormal hallara inanırlar.

Mütəxəssislərin fikrincə, adamlar ruhların mövcud olmasına müxtəlif səbəblərdən inanırlar. Bu inam ola bilsin ki, insanın reallıqları şəxsi qavrayışı əsasında dərk etməsi ilə əlaqədardır.
Belə insanların çoxu bütün ruhları məhz daha əvvəllər kimlərinsə öldüyü yerlərdə görürlər. Alimlərin sözlərinə görə, bu, insanların daha əvvəl elə yerlərdə hansısa fövqəltəbii qüvvələrin olduğuna özlərini inandırması ilə əlaqədar baş verir. İnsanın inkişaf etmiş təxəyyülü müxtəlif səs və kölgələri ruhlara çevirir.

Ruhlara infrasəs təsirinə məğlub olan insanlar daha çox inanırlar. Eksperiment zamanı infrasəsli musiqiyə qulaq asan insanlar deyiblər ki, onlar titrəyiş və qorxu hiss edirlər.
Ruhları kimyəvi zəhərlənmədən əziyyət çəkənlər də görürlər. Lakin bu, sadəcə hallüsinasiyadır. Bunu görmə səbəbi isə bəzi göbələk növləridir. Alimlərin fikrincə, hallüsinasiogen göbələklər tarixdəki mülahizələrdən birinə görə, meşədə ruhların mövcudluğunu sübut edən əlamətlərdən biridir.

6163
Teqlər:
hallüsinasiya, ruhlar, Mançester, ruh, Britaniya
Əlaqədar
Bu kişi doğmalarının ruhları ilə danışır
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

0
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19
Azərbaycan bayrağı, arxiv şəkli

Nigar Camal Aygün Bəylər "Şəhidlər" üçün bir araya gəldilər

0
(Yenilənib 15:41 20.01.2021)
Sənətçilərin "Şəhidlər" adlı mahnısının musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.

BAKI, 20 yanvar — Sputnik. "Avroviziya 2011" qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti dueti təqdim ediblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nigar Jamal (@nigarjamal.official)

Sputnik Azərbaycan xəbər verir ki, sənətçilərin "Şəhidlər" adlı mahnısının musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.

Barəsində danışdığımız klipi özünün "Instagram" hesabında paylaşan Nigar Camal "Vətən müharibəsi zamanı hər kəs xalqa, Vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik" sözlərini yazıb.

0
Teqlər:
Şəhidlərin Anım Günü, Şəhidlər Xiyabanı, şəhidlər, Aygün Bəylər, Nigar Camal