CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi Dəniz Qüvvələrində toplantı keçirilib

© Sputnik / StringerMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib

BAKI, 28 okt — Sputnik. Müdafiə Nazirliyinin (MN) Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib. Bu barədə Sputnik-ə MN-in mətbuat xidmətindən məlumat verilib.

© Foto: mod.gov.azHərbi Dəniz Qüvvələrində seminar keçirilib
Hərbi Dəniz Qüvvələrində seminar keçirilib - Sputnik Azərbaycan
Hərbi Dəniz Qüvvələrində seminar keçirilib

"Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi" mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb. Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.

© Foto: mod.gov.azHərbi Dəniz Qüvvələrində seminar keçirilib
Hərbi Dəniz Qüvvələrində seminar keçirilib - Sputnik Azərbaycan
Hərbi Dəniz Qüvvələrində seminar keçirilib

Xəbər lenti
0