Sel

Cəlilabadda fəlakət baş verib

61
(Yenilənib 20:41 27.10.2016)
Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.

BAKI, 27 okt-Sputnik. Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində su bəndi aşaraq ətraf ərazini basıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, suyun səviyyəsi intensiv yağışlar səbəbindən qalxıb.

Hadisə nəticəsində Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.

Cəlilabad rayonunun mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.

Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər 2 istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

61
Teqlər:
Mişarçay, Ələt-Astara magistralı, fəlakət, Cəlilabad, sel
Əlaqədar
Çində təbii fəlakət altı nəfərin həyatına son qoydu
Təbii fəlakət Braziliyanı 100 il geriyə apardı
Bakı daha bir ekoloji fəlakət ərəfəsində
İndoneziyada təbii fəlakət 24 nəfərin ölümünə səbəb olub
Azərbaycanda dağıdıcı təbii fəlakət təhlükəsi
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

3
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

3
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ

Tariximizin Laçın vaxtı! - Ali Baş Komandan bəyan etdi

10
Xalqa müraciətində Prezident İlham Əliyev Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciət AzTV vasitəsilə yayımlanıb.

Xalqa müraciətində Prezident İlham Əliyev Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

Laçın rayonu 1992-ci il mayın 18-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılıb. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılmalı idi. Lakin erməni tərəfi daha 10 gün vaxt istəyərək Kəlbəcəri noyabrın 25-də boşaltdı. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

10
Teqlər:
Ermənistan Silahlı Qüvvələri, Vladimir Putin, Üçtərəfli bəyanat, Dağlıq Qarabağ, Azərbaycan, İlham Əliyev, Ali Baş Komandan, Laçının azad olunması, Laçının işğalı