Azərbaycan millisinin sabiq baş məşqçisi qəflətən vəfat edib

© alchetron.comKarlos Alberto Torres - Braziliya futbolçusu və məşqçisi
Karlos Alberto Torres - Braziliya futbolçusu və məşqçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 25 okt-Sputnik. Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib.

Sputnik Apasport-a istinadla xəbər verir ki, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.

O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.

Xəbər lenti
0