CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "iPhone 7"nin satışına başlandı - qiymət...

© REUTERS / Stefan WermuthiPhone 7
iPhone 7 - Sputnik Azərbaycan
Abunə olmaq
"Apple" firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi sözügedən smartfonların ölkədə satışına rəsmən start verib

BAKI, 21 okt — Sputnik. Azərbaycanda "Apple" şirkətinin "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışına rəsmən start verilib. Bu barədə Trend-ə "Alma Store" ("Apple" firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) şirkətindən bildiriblər.

Qeyd olunub ki, "iPhone 7" smartfonlarının qiyməti 1649-1849 manat arasında dəyişir — müvafiq olaraq 32 və 128 qiqabayt yaddaşla. 32 qiqabaytlı "iPhone 7 Plus" versiyası 2149 manat, 128 qiqabaytlı "iPhone 7 Plus" isə 2349 manatdır.

Xəbər lenti
0