Fasilələrlə yağış yağacaq

Abunə olmaq
Bəzi yerlərdə yağış yağacağı, şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

BAKI, 20 okt — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də bəzi yerlərdə yağış yağacağı, şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbər lenti
0