Флаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле

Türkiyə Avropanı görün ilə təhdid etdi

198
Türkiyə miqrantların mübadiləsinə dair sazişdən imtina edə bilər.

BAKI, 19 okt — Sputnik. Türkiyənin Avropa İttifaqı işlǝri üzrə naziri Ömər Çelik xarici mətbuata özəl müsahibǝsindǝ, ölkəsi ilə İttifaq arasında miqrantların mübadiləsinə dair imzalanan sazişǝ toxunub.

Sputnik-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir deyib ki, Türkiyə Aİ ilə miqrantların mübadiləsinə dair sazişdən ilin sonunadək imtina edə bilər.

"Avropa üzərinə aldığı öhdəliklərini unudaraq bizi buna mǝcbur etmǝsin. İttifaqın Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq etmək istəməməsi ilin sonunadək Avropa ilə miqrantların mübadiləsinə dair sazişin pozulması ilə nəticələnǝ bilǝr", — nazir bildirib. 

Qeyd edǝk ki, Avropa İttifaqı türklərə vizasız rejim tətbiq etməsinin müqabilində Ankaradan antiterror qanunvericiliyini dəyişdirmǝsini tǝlǝb edir.

198
Teqlər:
Ömər Çelik, Ankara, Miqrantlar, Avropa ittifaqı, Türkiyə
Əlaqədar
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı
Miqrantlar Avropa cəmiyyətini parçalayır
Miqrantlar Milanda qarşıdurma yaratdılar
Almaniyada "Quran"ı cırdılar, miqrantlar ayağa qalxdı
Avropalılar Aİ-yə kimi qəbul edib-etməməyi özləri həll etmək istəyirlər
Aİ və Türkiyə Rusiya üçün hava məkanını bağlı elan edib
Prezident İlham Əliyev xalqa müraciəti zamanı

İlham Əliyev: Ermənistan rəhbərləri 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi olub

5
(Yenilənib 15:53 01.12.2020)
"Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik".

BAKI, 1 dekabr — Sputnik. "Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı. Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!", - deyə Prezident qeyd edib.

5
Teqlər:
Ermənistan, Serj Sarkisyan, Robert Koçaryan
Silahlı, arxiv şəkli

Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı müraciət edib

8
(Yenilənib 15:44 01.12.2020)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti,

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya"sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən  edən tədbirlər görməyə çağırıb.

8
Teqlər:
muzdlu, Ermənistan, müraciət, ombudsman