Ərəb ölkələrindən sərmayə cəlb etmək üçün Bakıda tədbir keçiriləcək

© Sputnik / Murad OrujovВид на Бакинскую телебашню
Вид на Бакинскую телебашню - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Azərbaycanda təşkil edilən ilk belə böyük tədbir olacaq.

BAKI, 16 okt — Sputnik. Ərəb ölkələrindən sərməyə cəlb edilməsi üçün dekabrın 8-də Bakıda beynəlxalq sərmayə forumu keçiriləcək. Bu barədə Trend-ə mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, tədbir Fars körfəzi ölkələrindən sərmayə cəlb etmək məqsədi ilə təşkil ediləcək: "Sərmayəçilərə Azərbaycandakı biznes mühiti barədə məlumat veriləcək, ölkənin investisiya imkanlarını göstərən təqdimatlar olacaq".

Mənbənin sözlərinə görə, bu, Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Azərbaycanda təşkil edilən ilk belə böyük tədbir olacaq. 

Xəbər lenti
0