Spirtli içki

Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı

177
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən isə tütün sözündən əvvəl, pivə sözü də əlavə olunub.

BAKI, 14 okt — Sputnik. Parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Sputnik xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 450.2 maddəsinə pivə sözü də əlavə olunub.

Mövcud maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən isə tütün sözündən əvvəl, pivə sözü də əlavə olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

177
Teqlər:
pivə, tütün, məcəllə, plenar iclas, İnzibati Xətalar Məcəlləsi
Əlaqədar
Pivə alverçilərinə və həvəskarlarına bəd xəbər
Alman pivəsi içənləri dəhşətə gətirəcək şok faktlar
Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14