Vladimir Putin - Recep Tayyip Erdoğan

Rusiya ilə Türkiyə arasında "Türk axını" üzrə saziş imzalanıb

23
"Türk axını" Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.

BAKI, 10 okt-Sputnik. İstanbulda Rusiya ilə Türkiyə arasında "Türk axını" üzrə saziş imzalanıb.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, sənəd iki ölkənin Energetika nazirləri tərəfindən imzalanıb.

İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.

Xatırladaq ki, bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Putin 9-13 oktyabr tarixlərində keçirilən Ümumdünya Energetika Konqresində iştirak etmək üçün İstanbula gedib.

"Türk axını" Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.

23
Teqlər:
prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, "Türk axını", İstanbul, Rusiya, Türkiyə
Əlaqədar
Putin, Ərdoğan və Əliyev bir araya gəldi
Ərdoğan Putinə zəng edib
"Türk axını" layihəsi donduruldu
"Türk axını" yenidən gündəmə qayıdır?
Türkiyə "Türk axını" barədə saziş layihəsini Rusiyaya göndərib