Xəzərdə neft-qaz infrastrukturuna qarşı təhlükələrlə əlaqədar taktiki təlimlər keçirilib

Xəzərdə taktiki təlimlər keçirilib

66
Kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub

BAKI, 10 okt — Sputnik. 5-8 oktyabrda "Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi" mövzusunda taktiki təlimlər keçirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Sputnik-ə bildiriblər ki, taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Üç mərhələdə 10 taktiki epizod üzrə keçirilən təlimlərdə neftqazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

  • Xəzərdə neft-qaz infrastrukturuna qarşı təhlükələrlə əlaqədar taktiki təlimlər keçirilib
    Xəzərdə neft-qaz infrastrukturuna qarşı təhlükələrlə əlaqədar taktiki təlimlər keçirilib
    © Foto : dsx.gov.az

  • На Каспии проведены тактические учения в связи с возможными угрозами нефтегазовой инфраструктуре
    На Каспии проведены тактические учения в связи с возможными угрозами нефтегазовой инфраструктуре

1 / 15

DSX-nın Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Taktiki təlimləri Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.

66
Teqlər:
taktiki, Sahil Mühafizəsi, DSX, təlim, Dövlət Sərhəd Xidməti
Əlaqədar
Rusiya Qafqazda genişmiqyaslı hərbi təlimlərə başladı
Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatıb
Operativ-taktiki təlimlər davam edir
Azərbaycanla Türkiyə birgə hərbi təlimlərə başladı
Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib