Səyyar ASAN Xidmət

Səyyar ASAN xidmət Salyan Qobuda

17
(Yenilənib 12:58 07.10.2016)
Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsinə nail olunmasıdır

BAKI, 7 okt — Sputnik. Səyyar ASAN xidmət 7 — 21 oktyabr tarixində Salyan şəhərində və Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verdiyi məlumata görə, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:


• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

17
Teqlər:
Salyan, Qobu, Abşeron, xidmət, ASAN Xidmət, Səyyar ASAN, Səyyar ASAN xidmət
Əlaqədar
Masallıda “ASAN həyat” kompleksində “ABAD” layihəsinin təqdimatı oldu
Səyyar ASAN xidmət növbəti səfərinə çıxıb
ASAN xidmət sizə evinizdə xidmət edəcək
Səyyar ASAN Sulutəpədə olacaq
"ASAN Xidmət"dən daha bir yenilik
ASAN Xidmət Mingəçevirdə
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

20
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

20
DİN əməkdaşları Suqovşanda, arxiv şəkli

"Euronews" Suqovuşan kəndindən reportaj hazırlayıb

17
(Yenilənib 23:25 04.12.2020)
"Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb. O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib

BAKI, 4 dekabr — Sputnik. "Euronews" bu dəfə işğaldan azad edilmiş Suqovuşan kəndindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb.

O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.

17