Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Azərbaycan Hökuməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), BMT İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlı çərçivəsində həyata keçirilən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi ilə bağlı Masallıda Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Tədbirdə raypn gəncləri, rayonda fəaliyyət göstərən qadın təşkilatlarının təmsilçiləri, sahibkar qadınlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsinfə rayonda görülən işlərdən məlumat verərək yeni açılan mərkəzlərin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsində əhəmiyyətini yüksək dəyərləndirdi.
Ardınca Əmək və əhalinin social müdafiəsi nazirinin müavini İdris Ağayev, BMT-nin Azərbaycandakı resident əlaqələndiricisi və BMT İnkişaf Proqramının resident nümayəndəsi Qulam İsakzai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və ABŞ-ın Azərbaycandakı Səfriliyinin İqtisadi Şöbəsinin rəhbəri Karter Uilbur çıxış edərək layihə barədə və layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verdilər.
Daha sonra Qadın Resurs Mərkəzlərinin iştirakçısı olan qadınların biznes fəaliyyətinə dair nümunələr qonaqlara təqdim olundu, Layihələr üzrə qısa təqdimatlar edilib və hər iki mərkəzdə yaradılan şəraitə baxış oldu.Qonaqlar sonra Masallı rayonu ərazisində yaradıla “ASAN həyat” kompleksində fəaliyyət göstərən xidmət sahələri və burada yaradılan şəraitlə yaxından tanış oldular.Tədbir “ASAN həyat” kompleksində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin təqdimatı ilə başa çatdı.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.