Əsaslı təmir olunmuş metro qatarı

Metropoliten sürücü axtarır

84
Müraciət müddəti 12 oktyabr 2016-cı ildə başa çatır

BAKI, 6 okt — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yük maşınının sürücüsü peşəsi üzrə işə qəbul elan edir. QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, işə qəbul tələbləri aşağıdakılardır:

• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Sürücülük kategoriyasl: CDE
• Müvafiq peşə üzrə iş stajı: minimum 5 il
• Qeydiyyat: Bakı şəhəri

Qeyd edək ki, işə qəbul olmaq istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar.
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "yük maşınının sürücüsü" peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix: 12.10.2016-cı il.

84
Teqlər:
elan, peşə, sürücü, yük maşını, "Bakı Metropoliteni" QSC
Əlaqədar
Bakı metrosunun iş qrafiki yenidən dəyişdirilir
Bakı Metropoliteni əməkdaşlarına təhlükəsizliklə bağlı instruktaj keçilib
Bakı metrosu Üzeyir Hacıbəyovun ad gününü özünəməxsus qeyd edəcək
Bakı metrosunun giriş-çıxışı bağlanacaq
Bakı metrosunun qrafiki dəyişdi
Bakı metrosunda yenilik