İran öz sərhəddində 12 terrorçunu öldürüb

© Flickr / NinaraTehran, Iran
Tehran, Iran - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Xakpur: ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib.

BAKI, 4 okt-Sputnik. İranın sərhədyanı Kirmanşah əyalətində terrorçularla Sepah qüvvələri arasında atışma baş verib.

Sputnik APA-ya istinadla xəbər verir ki, atışma nəticəsində 12 terrorçu öldürülüb, çoxlu sayda silah-sursat götürülüb.
İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandiri Məhəmməd Xakpur bildirib ki, bu gün sərhədi keçməyə cəhd edən terrorçuların ölkəyə girişinin qarşısı alınıb.

"ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib. Nəcəf qərargahının təhlükəsizlik qüvvələri onların qarşısını alıb və qruplaşma üzvləri tamamilə məhv edilib. Qruplaşmanın 12 üzvi öldürülüb və onlardan silah-sursat müsadirə olunub", — deyə Məhəmməd Xakpur bildirib.

Xəbər lenti
0