Azərbaycan Respublikası Vergilər Naziliyi

Bank sektoru vergi ödəmələrini azaldıb

38
(Yenilənib 13:07 04.10.2016)
Nazir müavini: Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə bank sektorundan vergi daxilolmalarında 110 mln. manat azalma var.

BAKI, 4 okt-Sputnik. "Bank sektorundan vergi daxilolmaları azalıb".

Sputnik "APA-Economics"-ə istinadla xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Nazir müavini qeyd edib ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə bank sektorundan vergi daxilolmalarında 110 mln. manat azalma var.

Bağlanan bankların digər öhdəlikləri kimi vergi öhdəliklərinin olduğunun deyən İ. Vəliyev qeyd edib ki, qanunvericiliyə uyğun olaraq maliyyə təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür.

38
Teqlər:
vergi, bank, vergilər nazirinin müavini İlkin Vəliyev
Əlaqədar
Yeni gəlirli sənət - vergi orqanlarına "məlumat verən"
Vergi ödəyicilərinin nəzərinə!
Bankların problemi: vergi tətilləri mümkündürmü?
Bələdiyyələr hansı haqla camaatdan vergi toplayır?
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib