Dərnəgül elektrik deposu ərazisində yeraltı piyada keçidi

Mikrorayon sakinlərinin müşkülü həll olundu

945
(Yenilənib 17:02 04.10.2016)
Binəqədi rayonu ərazisində sakinlər üçün piyada keçidi istifadəyə verilib

BAKI, 4 okt — Sputnik. Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin "Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib. "Bakı Metropoliten" QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.

Binəqədi rayonu 7-ci mikrorayon M.Əliyev küçəsində inşa olunmuş piyada keçidi
© Photo : Bakı Metropoliteninin mətbuat xidməti
Binəqədi rayonu 7-ci mikrorayon M.Əliyev küçəsində inşa olunmuş piyada keçidi

Belə ki, sakinlər tikintisi davam edən "Dərnəgül" elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi.

Qeyd edək ki, uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi "Bakı Metropoliteni" QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.

945
Teqlər:
7-ci mikrorayon, "Dərnəgül" elektrik deposu, piyada keçidi, Bakı Metropoliteni, Binəqədi rayonu
Əlaqədar
Bakıda "əcəl dairəsi": oradan uzaq durun!
Bakıdakı yol qəzalarının 55 faizi piyadaların vurulması ilə bağlıdır
Piyadanı vurub qaçan sürücü ələ keçdi
"Piyadaların qatili" ilə heç kəs məşğul olmur
Piyadaları vurub qaçan sürücü tutuldu
Avtobus piyada qadını vurub öldürdü