İmtahan prosesi

Azərbaycanda təhsil problemləri onların həlli yolları

51
Təhsil problemləri və onların həlli yollarına həsr olunmuş mətbuat konfransı keçiriləcək

BAKI, 3 okt — Sputnik. 4 oktyabr saat 12:00-da "Azərbaycanda təhsil problemləri və onların həlli yolları" mövzusunda mətbuat konfransı olacaq. Tədbir oktyabrın 5-də Azərbaycanda qeyd olunan Müəllim Gününə həsr edilir.

Tədbirdə Azərbaycanın əməkdar elm xadimi, BDU-nin professoru Şahlar Əsgərov, təhsil məsələləri üzrə ekspert Nüsrət İsrafilov iştirak edəcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

51
Teqlər:
tədris, mətbuat konfransı, dərs, məktəb, təhsil
Əlaqədar
Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq istərdinizmi?
"Sahibkarlıq təhsili"nin qalibləri bəlli oldu
Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə layihəyə başlanıldı
Azərbaycan təhsil müəssisələri - 2016
Təhsildə keyfiyyətə bunlar mane olurmuş
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

3
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

3
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su

Dağlıq Qarabağda sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib video

4
(Yenilənib 11:54 30.11.2020)
Rusiyalı mütəxəssislər Dağlıq Qarabağda rus sülhməramlılarının öhdəliyi altındakı ərazilərdə mühəndis kəşfiyyatı və ərazilərin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Daha ətraflı videoda izləyin.

Rusiya sülhməramlılarının əraziləri minalardan təmizləmək ilə məşğul olan mühəndis-istehkamçı hissələri Şuşa-Lısoqorski yolunun təxminən 3 kilometrlik kəsiyini təmizləyib. Sutka ərzində 100-dən artıq partlayıcı obyekt aşkar edilib. Bunlar xüsusi olaraq təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

4