Aydın Əliyev, gömrük komitəsinin sədri

Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb

944
Aydın Əliyev: Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb.

BAKI, 3 okt-Sputnik. Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün hər bir istehlakçı kənd təsərrüfatı və yeyinti sayəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir: "Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik".

O bildirib ki, idxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək: "Bu gün ölkədə qeyri-neft istehsalına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması ilə yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsi və daha geniş çeşiddə məhsulların istehsal olunmasını görəcəyik".

Bu qərarın təşəbbüskarlarından birinin Dövlət Gömrük Komitəsi olduğunu vurğulayan A. Əliyev deyib ki, komitə xam dəri üçün də yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib: "Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq".

944
Teqlər:
Aydın Əliyev, Dövlət Gömrük Komitəsi, rüsum
Əlaqədar
Gömrük rəhbərinin evində axtarış aparılıb
Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi
Gömrük Komitəsi xarici ticarət əlaqələrinin göstəriciləri üzrə fərqlər barədə izahat verib
"Dövlət Gömrük Komitəsində ixtisarlar olmayacaq"
Azərbaycan və İran sutkalıq gömrük rejiminə keçəcək
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

1
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

1
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

4
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

4
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti