Pontifik Şəhidlər xiyabanını ziyarət edib

© AZƏRTACPontifik Şəhidlər xiyabanını ziyarət edib
Pontifik Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

BAKI, 2 okt — Sputnik. Roma Papası Fransisk oktyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Müqəddəs Taxt-Tacın və Azərbaycan Respublikasının himnləri səslənib.

Roma Papasına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti
0