Formula 1

Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq

13
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini dənizkənarı bulvarda salınacaq Formula 1 stendini ziyarət etməyə dəvət edir

BAKI, 30 sen — Sputnik. 1 oktyabr 2016-ci il tarixində Bakının Dənizkənarı Milli Parkında (Bulvarda) təşkil olunacaq "Avropa Şəhərciyi 2016" festivalı çərçivəsində Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri — Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də təmsil olunacaq. Bakı Şəhər Halqasından Sputnik-ə verilən məlumata görə, bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri — Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə keçiriləcək festivalda Bakı Şəhər Halqası da özünəməxsus şəkildə iştirak edəcək. Formula 1 tərzində qurulmuş stenddə simulyator oyunlarından istifadə edən ziyarətçilər F1 yarışlarındakı sürəti və həyəcanı hiss edə biləcəklər. Həmçinin məkanda 2016 FORMULA 1 GRAND PRİX OF EUROPE yarışı ilə bağlı məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini dənizkənarı bulvarda salınacaq Formula 1 stendi ziyarət etməklə yanaşı burada təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin rəsmi süvenirləri endirimli qiymətlərlə əldə etməyə dəvət edir.

13
Teqlər:
"Avropa Şəhərciyi 2016", festival, bulvar, Dənizkənarı Milli Park, Avropa Qran Prisi, Formula 1
Əlaqədar
Formula 1 geyimləri satışa çıxarıldı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1-də ilk qəza baş verib
Bakı qonaqpərvərliyi: Formula-1 fanatları necə dincəlirlər