Milli Məclis

"Meliorasiya irriqasiya haqqında" qanuna dəyişiklik edildi

10
Lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur

BAKI, 30 sen — Sputnik. Milli Məclisin plenar iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur. Layihə səsə qoyularaq qəbul olunub.

10
Teqlər:
təklif, qanun, irriqasiya, meliorasiya, Milli Məclis
Əlaqədar
Parlament hökumətin bağladığı sazişləri təsdiqlədi
Deputat tələbələrin problemlərini qaldırdı
Parlamentin iki komitəsinə yeni üzvlər seçilib
"Xalq Prezidentə dəstəyini nümayiş etdirdi"