Sürücülük vəsiqəsi

Sürücülük vəsiqələrinin verilməsi qaydaları dəyişdi

2936
(Yenilənib 18:45 30.09.2016)
Nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən olunub

BAKI, 30 sen — Sputnik. Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik xəbər verir ki, Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan ("B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), tramvayları, trolleybusları idarəetmə hüququ 21 yaşdan, "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və "D" kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

2936
Teqlər:
kateqoriya, sürücülük vəsiqəsi, plenar iclas, Milli Məclis, qanun
Əlaqədar
Artıq sürücülük vəsiqəsini üzərində gəzdirməyə ehtiyac qalmayacaq
Sürücülük vəsiqəsinin verilməsində inqilabi dəyişiklik
Piyadanı vurub qaçan sürücü ələ keçdi
Taksi sürücülərinə yeni xəbər
Dünyada ilk dəfə sürücüsüz taksilər fəaliyyətə başladı
22 mindən çox sürücü məsuliyyətə cəlb olundu