V Bakı Beynəlxalq Humanitar Forumu

Sivilizasiyalararası dialoqun təmin edilməsində jurnalistikanın rolu müzakirə olundu

29
Tədbir çərçivəsində AZƏRTAC-la İtaliyanın "Adn Kronos International SRL" agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb

BAKI, 30 sen — Sputnik. Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda "dəyirmi masa" işə başlayıb. Sputnik xəbər verir ki, üç paneldən ibarət olan "dəyirmi masa"da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunur.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçən ilk paneli AZƏRTAC-ın baş direktoru Aslan Aslanov giriş nitqi ilə açıb. UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın "Qlobalist" jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, "World Investors" internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.

"Dəyirmi masa" mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edib. Tədbir çərçivəsində AZƏRTAC ilə İtaliyanın Adn Kronos International SRL (AKİ) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

29
Teqlər:
sivilizasiyalararası dialoq, V Bakı Beynəlxalq Humanitar Forumu, konfrans, jurnalistika
Əlaqədar
Alman jurnalist bir illik əsirlikdən azad edildi
Jurnalistika fakültəsində 15 yerə cəmi 1 nəfər qəbul edilib
Bakıda maskalı şəxslər jurnalistin evinə basqın edib
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Lənkəranda 16 nəfər jurnalist olmaq istəyir
Partiya mükafatlandırılacaq jurnalistlərin adlarını açıqladı