Tutqun hava

Meteohəssas insanlar sabah diqqətli olmalıdırlar

42
Oktyabrın 01-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

BAKI, 30 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 01-də bəzi yerlərdə yağış yağacağı, havanın gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 01-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Oktyabrın 03-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.

42
Teqlər:
iqlim, temperatur, soyuq, isti, külək, hava, yağış
Əlaqədar
Hava yenidən dəyişəcək
Sabah hava yağmursuz keçəcək
Qeyri-sabit hava davam edəcək
Sabahın hava proqnozu: külək, yağış, şimşək
Havanın temperaturu 8 dərəcəyədək düşəcək
Sabahın hava proqnozu açıqlandı