Шимон Перес. Архивное фото

Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfninə yollanıb

15
İsrailin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

BAKI, 30 sen-Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti İsrailin paytaxtı Tel-Əviv şəhərinə yola düşüb.

Sputnik Nazirlər Kabinetinin məlumartına istinadla xəbər verir ki, nümayəndə heyətinin səfərində məqsəd İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etməkdir.

Qeyd edək ki, İsrailin 9-cu prezidenti və sabiq baş naziri Şimon Peres sentyabrın 28-də 93 yaşında beyninə qan sızması nəticəsində dünyasının dəyişib. Onun dəfninə başda ABŞ prezidenti Barak Obama olmaqla dünyanın aparıcı siyasətçiləri və məşhurları qatılacaqlar.

Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı da açılacaq.

Səfirlikdən Sputnik-ə bildiriblər ki, oktyabrın 5-də saat 10:00-13:00 və 14:00-16:00, oktyabrın 6-da isə 14:00-16:00-da səfirliyi ziyarət edərək xatirə kitabına ürək sözlərini yazmaq olar.

15
Teqlər:
Tel-Əviv, Elçin Əfəndiyev, İsrail, Barak Obama, Şimon Peres
Əlaqədar
İsrailin əfsanəvi lideri vəfat edib