BAKI, 27 sen — Sputnik. Türkiyənin Hərbi Hava qüvvələri PKK terrorçularına ağır zәrbәlәr endirib.
Sputnik TRT-yə istinadən xəbər verir ki, türk ordusuna aid döyüş təyyarələri dünәn axşam saatlarında İraqın şimalındakı Kandil bölgəsindә PKK-ya qarşı əməliyyat hәyata keçirib.
Әmәliyyat nәticәsindә terrorçulara aid sığınacaq vә çoxlu sayda silah-sursat mәhv edilib.
Qeyd edәk ki, sığınacaqdakı terrorçular da әmәliyyat nәticәsindә zәrәrsizlәşdirilib.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"ndan bildirilib.
Xəbərə görə, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri" bərpa ediləcək.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.