AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı

Referendum şəffaf keçib

30
AVCİYA: Qeydə alınan bəzi texniki çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb.

BAKI, 27 sen-Sputnik. Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olub, bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar istisna olmaqla ciddi qanun pozuntusu qeydə alınmayıb. Qeydə alınan bəzi texniki çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb. 

Sputnik xəbər verir ki, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bəyanatında deyilir.
Assosiasiyanın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, AVCİYA Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun qanunvericiliyə uyğun olaraq, şəffaf, ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir.

Zülfüqarlı qeyd edib ki, AVCİYA Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabrda keçirilmiş referendumun daha ədalətli və demokratik keçirilməsi, seçki təcrübəsinin təkmilləşdirilməsinə yaxından kömək göstərilməsi məqsədilə 3 müşahidəçi ilə 65 dairə seçki komissiyası üzrə monitorinqi təşkil edib. Assosiasiya 26 avqustda ilkin hesabatı, 21 sentyabrda isə uzunmüddətli müşahidənin aralıq hesabatını ictimaiyyətə təqdim edib. 

Qeyd edilib ki, referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə AVCİYA seçki qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib.

Assosiasiya referendumun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, dövlət təhlükəsizliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərhələ olduğunu bəyan edir.

30
Teqlər:
AVCİYA, Konstitusiya, referendum
Mövzu:
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum (15)
Əlaqədar
Ən aktiv və ən passiv seçki dairələri açıqlandı
Ən fəal seçki dairəsi bəlli oldu
12 seçki məntəqəsində vebkamera quraşdırılıb
Ölkə tarixində belə seçki keçirilməyib
Referendum başa çatdı
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı getdikcə artır

3
(Yenilənib 12:35 04.07.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

79
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

79