Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç

© Sputnik / Yuri Artamonov / Mediabanka keçidM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin binası
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva-Pekin-Bakı-Kişinyov videokörpü təşkil olunacaq

BAKI, 26 sen — Sputnik. 27 sentyabr saat 14:00-da Moskva-Pekin-Bakı-Kişinyov videokörpü formatında "Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" mövzusunda multimedia mətbuat konfransı olacaq.

Rusiya hər il 15 min xarici tələbəni pulsuz ali təhsil almağa dəvət edir. www.russia.study portalında qeydiyyatdan keçmiş və öz ölkələrində müsabiqə yolu ilə seçilmiş xarici abituriyentlər öz istəklərinə uyğun olaraq 6-yə qədər Rusiya Universitetini seçə bilərlər. Mətbuat konfransının gedişində təqdim ediləcək "Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv resursu bu seçimə kömək məqsədilə nəzərdə tutulub.

Rusiyanın ən mehriban universitetləri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç

Bu resurs "Rossoya seqodnya" (Rusiya bu gün) BİA-nın "Sosial naviqator" layihəsi çərçivəsində Sputnik informasiya agentliyinin iştirakı və "Rossotrudniçestvo"nın ((Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) dəstəyi ilə işlənib hazırlanıb, xarici vətəndaşlara Rusiya universitetləri barədə 12 dildə məlumatın verilməsini nəzərdə tutur.

Müasir Rusiya ali təhsili beynəlxalq bazarda nə dərəcədə rəqabət qabiliyyətlidir? Rusiya universitetlərinin və sözügedən proqramın xarici vətəndaşların nöqteyi-nəzərindən gözlə görünən əsas üstünlükləri və çatışmazlıqları hansılardır? Mətbuat konfransınını iştirakçıları bu və başqa suallara cavab verəcəklər.

Moskvadan olan iştirakçılar:
— "Rossotrudniçestvo"nın rəhbəri Lyubov Qlebova;
— Rusiya Federasiyası elm və təhsil nazirinin müavini Lyudmila Oqorodova;
— Rusiya Xarici Tələbələr Assosiasiyasının prezidenti Adu Yao Nikez;
— Rusiyanın aparıcı universitetlərinin rektorları;
— Rusiyadakı xarici ölkə səfirliklərinin nümayəndələri.

Bakıda:
— "Rossotrudniçestvo"nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Valentin Denisov.

Kişinyovda:
— "Rossotrudniçestvo"nun Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəri Mixail Davıdov.

Pekində:

— "Rossotrudniçestvo"nun Çin Xalq Respublikasındakı nümayəndəliyinin rəhbəri.

Moderator:
— "Sosial naviqator" layihəsinin rəhbəri Natalya Tyurina.

Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0