Поиск выживших под обломками после очередного авиаудара

Suriyada qadın uşaqların qətliamı davam edir

39
BMT həyəcan təbili çalıb.

BAKI, 25 sen-Sputnik. Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.

BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bu barədə açıqlama verib.

Misturanın sözlərinə görə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

"Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır" deyə Mistura qeyd edib.

Qeyd edək ki, təkcə bu gün Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb.

Ölənlər arasında xeyli sayda qadın və uşağın olduğu bildirilir. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb.

Bombardmanların hazırda da davam etdiyi bildirilir.

Anadolu agentliyinin məlumatına görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

39
Teqlər:
Staffan de Mistura, Bəşər Əsəd, Hələb, Suriya, BMT, Rusiya
Əlaqədar
"Suriya yanğını" yenidən alovlanır
Koalisiya aviasiyası Suriya ordusuna zərbələr endirib
Rusiya və ABŞ Suriya ilə bağlı razılığa gəldi
Suriya və Ukrayna problemləri "düyünə düşüb"
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

3
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

3
Şuşa, arxiv şəkli

Şuşanın göz yaşları: 28 il sonra şəhidləri yad edir

3
(Yenilənib 15:07 20.01.2021)
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

3
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şuşa