İğtişaşlar zamanı keşik çəkən polis əməkdaşı

ABŞ-da terror aktı baş verib

82
İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxs adamları güllələyib.

BAKI, 25 sen-Sputnik. ABŞ polisi bu gün İllinoys ştatında, Urban-Şampeyndə yerləşən İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, yaralıların durumu orta ağırdır. Bir nəfər hadisə yerindən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə görə, Qrin-strit küçəsində ən azı beş güllə səsi eşidilib.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Bundan bir qədər əvvəl isə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

82
Teqlər:
Massaçusets, terror, İllinoys, ABŞ
Əlaqədar
Almaniyada dəhşətli terror aktı baş verib
Nitsadakı terror aktından bir neçə dəqiqə sonra
Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadıldı
Türkiyədə terror baş verib
ABŞ-dan Türkiyə ilə bağlı terror xəbərdarlığı
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73