сланцевая нефть

ABŞ alimlərindən neft zəlzələlərlə bağlı şok açıqlama

16956
Texasda şist neftinin hasilatı zəlzələlərin baş verməsinə səbəb olub

BAKI, 23 sen-Sputnik. Zəlzələlər birbaşa şist neftinin hasilatı ilə bağlıdır.

Sputnik xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-dan olan seysmoloqlar peyklərin köməyilə 2008-ci ildən başlayaraq indiyədək davam edən araşdırmalar nəticəsində bu qənaətə gəliblər.

Buna misal olaraq, 2008-ci ildən başlayaraq Texasda baş verən maqnitudası 5 bal olan bir neçə yeraltı təkanları qeyd etmək olar. Məhz bu tarixdən etibarən Amerikanın Texas ştatında şist neftinin çıxarılmasına başlanılıb.

Mütəxəssislərin sözlərinə görə, neft hasilatı vaxtı mənbəyə yüksək təzyiqlə böyük miqdarda sənaye suları vurulur, nəticədə yer qabığının zədələnməsi baş verir ki, o da hidravlik təzyiqi gücləndirir. Zamanla bu, zəlzələnin baş verməsi üçün əsas olan seysmik fəallığın artmasına təkan verir.

Alimlər bu üsulla neft hasilatı zamanı zəlzələnin baş verməsinə səbəb olan yer qabığının zədələnmələrini analiz edən və bunu qabaqcadan müəyyənləşdirməyə imkan verən metodları nəzərdən keçiriblər.

16956
Teqlər:
şist nefti, Texas, zəlzələ, ABŞ, neft
Əlaqədar
Xəzər dənizində zəlzələ olub
İtaliyada növbəti zəlzələ baş verib
Güclü zəlzələ İtaliyanı alt-üst etdi
Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlanıb